Ukrayna taxılı Türkiyə vasitəsilə ixrac oluna bilər – Limanlarda 20 mln taxıl var

27-05-2022, 10:46           
Ukrayna taxılı Türkiyə vasitəsilə ixrac oluna bilər –
Dünyanın əsas taxıl istehsalçılarından olan Ukraynanın ixrac limanları Rusiyanın ölkədə apardığı hərbi əməliyyatlar səbəbilə bağlandıqdan sonra ölkənin ixracatı dayanıb.

Teref.az-ın yazdığına görə, Bizim.Media-nın “Haberglobal”a istinadən verdiyi xəbərə görə, Türkiyənin yüksək rütbəli rəsmisi bildirib ki, Rusiya ilə münaqişə fonunda Ukraynanın istehsal etdiyi taxıl məhsullarının dünya bazarlarına çıxarılması üçün Türkiyə, Rusiya və Ukrayna arasında danışıqlar aparılır.

“Reuters”ə danışan türk rəsmisi "Türkiyə Ukraynadan taxıl ixracı üçün həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparır” – deyə qeyd edib.

Məlumata görə, Ukrayna limanlarında ixracı gözləyən 20 mln. tondan çox taxıl var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.