Çavuşoğlundan sərt sözlər: “Bizmi Ermənistana zəng edib ...”

26-04-2016, 17:12           
Çavuşoğlundan sərt sözlər: “Bizmi Ermənistana zəng edib ...”
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəzi Rusiya rəsmilərinin Qarabağda atəşkəsin pozulmasının arxasında Türkiyənin dayanması haqqında iddialara sərt cavab verib.

Publika.az xəbər verir ki, o, bunları söyləyib: “Mən Rusiya rəsmilərinin hər hansı iddiasına cavab vermək məcburiyyətində deyiləm. Bu cür iddiaları yersiz hesab edirəm. Türkiyənin bu məsələdə mövqeyi aydındır. Atəşkəsi kim pozdu - Ermənistan. Yəni biz, Türkiyə Cümhuriyyəti Ermənistana telefon açaraq atəşkəsi pozun, qardaş Azərbaycana hücum edinmi dedik? Atəşkəsi pozan ölkəyə diqqət etdikdə arxasında kimin olduğunu aşkar şəkildə görmək mümkündür”.

Çavuşoğlunun fikrincə, Qarabağ problemini yaradan dövlətlərdən onu həll edəcəyini gözləmək doğru olmaz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru