İranlı generaldan Türkiyə ilə bağlı qalmaqallı açıqlama

2-05-2016, 13:41           
İranlı generaldan Türkiyə ilə bağlı qalmaqallı açıqlama
İranın ali dini liderinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvi Türkiyə ilə əlaqələrin kəsilməsi lazım olduğunu bildirib.

Avropa.info xəbər verir ki, paytaxt Tehranda təşkil olunan "Qərbi Asiyadakı geosiyasi hadisələr" başlığı altında keçirilən tədbirdə çıxış edən general Ankara ilə olan təhlükəsizlik, iqtisadi və siyasi əlaqələrin yenidən nəzərdən keçirilməli olduğunu söyləyib.

Türkiyənin bəzi Ərəb ölkələrində ABŞ və İsrail ilə əməkdaşlıq etdiyini və onlarla koordinasiyalı bir siyasət yürütdüyünü iddia edən Səfəvi "Ankara ilə əlaqələr yenidən müzakirə olunmalıdır" deyə bildirib.

Dövlətin yüksək səviyyəli bir çox siyası və hərbi rəsmisinin iştirak etdiyi tədbirdə çıxış edən Səfəvi dövlətin bölgədəki məsələlərlə bağlı hərbi strategiyası ilə yanaşı geniş bir siyasi, iqtisadi və ictimai strategiyanın da olması lazım olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.