"Ən böyük hədəfimiz Türkiyədir" - İŞİD-dən AÇIQLAMA

2-05-2016, 18:14           
"Ən böyük hədəfimiz Türkiyədir" - İŞİD-dən AÇIQLAMA
İŞİD-in nəzarətində olan bölgələrdə keçən həftənin cümə günü məscidlərdə verilən xütbələrdə təşkilatın əsas hədəfləri açıqlanıb.
Hurriyyet.org xəbər verir ki, cümə xütbəsi zamanı Türkiyənin Qaziantep, Nizip, Karkamış və Kilis vilayətlərinin təşkilatın ən böyük hədəfləri olduğu bildirilib.
Kilis vilayətinə qarşı raket hücumlarını artıran İŞİD bir sıra yeni addımlar atmağa hazırlaşır. Raket zərbələri ilə xalqı qorxuya salaraq çaxnaşma yaratmaq istəyən İŞİD keçən cümə xütbələrində Türkiyənin açıq hədəf olduğunu bildirib.
Suriyanın İŞİD-in nəzarətində olan əl-Bəb, Məmbiç, Cerablus bölgələrində verilən xütbələrdə Qaziantep, Nizip, Karkamış və Kilis vilayətlərinin bundan sonra təşkilatın ən böyük hədəfləri arasında olduğu bildirilib.
İŞİD imamları xütbədə bu bölgələrdə yaşayan xalqın yaxın zamanlarda qaçqın mövqeyinə düşəcəyini, bu vəziyyətin İŞİD ilə Türkiyə müharibəsinin yeni bir ölçüsü olduğunu söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.