İstanbulda taxıl sazişi imzalanacaq

22-07-2022, 00:05           
İstanbulda taxıl sazişi imzalanacaq
Sabah İstanbulda Ukrayna, Rusiya heyətləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə “Taxıl daşınması sazişi”nin imzalanması mərasimi keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edək ki, iyulun 13-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınmasını təmin etmək üçün BMT nümayəndələrinin iştirakı ilə Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri arasında görüş olub. Dördtərəfli görüş zamanı taxıl ixracı üçün İstanbulda koordinasiya mərkəzinin yaradılması barədə razılıq əldə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru