İsveçin Ankaradakı Səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, ona iyulun 21-də İsveçin Höteborq şəhərində terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının həyata keçirdikləri aksiya ilə bağlı xəbərdarlıq edilib.
Nazirlikdən baş verənlərin üçtərəfli memorandumda qeyd edilən öhdəliklərə zidd olduğu bildirilib. (Mənbə: TRT)