Şimali İraqda PKK-ya ağır zərbə endirildi 22-05-2016, 02:18 Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar tərəfindən Şimali İraqda yerləşən PKK mövqelərinə hava zərbələri endirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Qara və Çukurca bölgələrində terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar hədəf alınıb. Onlarla PKK üzvünün məhv edildiyi də açıqlanıb. Facebook-da paylaş