Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

8-12-2022, 12:15           
Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi
Özbəkistan Vladimir Putinin təklif etdiyi “qaz ittifaqı”na qoşulmaqdan imtina edib.

Teref.az "Caliber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və energetika naziri Jorabek Mirzamaxmudov məlumat yayıb.

O, qeyd edib ki, Moskva və Daşkənd Rusiya qazının qonşu Qazaxıstan vasitəsilə tədarükü ilə bağlı danışıqlar aparır, lakin “bu, texniki müqavilə olacaq”:

“Başqa ölkələrdən qaz idxal edərkən biz onlarla yalnız kommersiya müqavilələri əsasında əməkdaşlıq edirik. Biz heç vaxt qaz müqabilində siyasi şərtlərlə razılaşmayacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.