Türkiyə neft ölkəsinə şevrilir? - Gündəlik 400 min dollarlıq...

10-12-2022, 11:39           
Türkiyə neft ölkəsinə şevrilir? -
“Türkiyədə son illər neft axtarışları böyük sürət götürüb. Şırnak bölgəsində hələ də gündəlik 5 min barel neft hasilatı var. Sözügedən işin iqtisadi dəyəri neftin bugünkü qiymətinə görə gündəlik 400 min dollara bərabərdir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Neft Şirkətinin (TPAO) baş direktoru Melih Han Bilgin açıqlayıb.

O, Qabar bölgəsində mövcud neft yatağından daha əvvəl elan etdikləri kəşfdə yeniliklər olduğunu bildirib: “Yatağın istismarı çərçivəsində 10 qazma işini planlaşdırdıq. Bu kəşf də onlarla əlaqədar bir işdir. Yataqda gördüyümüz hər fəaliyyət bizə müsbət nəticələr verir. Ehtiyatın qiymətləndirilməsini daim yeniləyirik. Orada çox ciddi ehtiyat var. İki növ rezervdən söhbət gedir: biz ümumi ehtiyatı deyirik, yerində qaz və ya neft var, onu nə qədər hasil etmək olar. Kritik olanı istehsal olunandır. Gələn il bölgədə ümumi sayı 20 quyuya çatıracağıq. Yeni kəşf edilən ehtiyat kəmiyyətindən daha keyfiyyətlidir”.

Bilgin Aralıq dənizindəki işlərlə bağlı son vəziyyətə də toxunub: “Aralıq dənizindəki araşdırmalarımızda xüsusilə qaz işarələri ilə qarşılaşdıq. Müsbət məlumatlar aldığımız quyu oldu, araşdırmalarımızı o quyu ətrafında cəmlədik. Hələlik işi yekunlaşdırmamışıq. Oralara daha diqqətlə baxırıq.

Qara dənizdə kəşfiyyat işləri ilə yanaşı, bölgədəki digər kəşflər üçün də müsbət gözləntilər var. “Çaycuma-1” quyusunu tamamladıq. Bir plan həyata keçiririk, beş il sonra hansı quyuya gedəcəyimizi addım-addım planlaşdırdıq. “Fatih Qazma Gəmisi” yeni hədəfinə doğru yola düşəcək. Bölgədən müsbət gözləntimiz var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.