Ərdoğan: "12 milyard dollarlıq yeni neft yatağı kəşf etdik"

13-12-2022, 09:14           
Ərdoğan: "12 milyard dollarlıq yeni neft yatağı kəşf etdik"
"Terrordan təmizlənən Qabar dağında minalardan təmizləmə işlərində şəhid olan jandarmamız Esma Çevikin adını daşıyan bölgədə 150 ​​milyon xalis neft ehtiyatı olan yeni yataq kəşf etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

"2022-ci ildə dünyada quruda 10 ən böyük kəşfdən biri olan bu ehtiyatın dəyəri bugünkü qiymətlərlə təxminən 12 milyard dollardır. Neftin çox yüksək keyfiyyətə malik bu bölgədə 4 quyudan sutkada 5 min barel hasil edirik. Quyularımızın sayını sürətlə artırmaqla biz buradakı neft hasilatını daha yüksək səviyyələrə çatdıracağıq”, - deyə dövlət başçısı bəyan edib.

Onun sözlərinə görə, son illərdə ölkədə neft kəşfiyyatı və qazma işlərinin sürətlə artmasının ən mühüm səbəblərindən biri bu sahədə texnologiyanın lokallaşdırılmasıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.