Türkiyədən Azərbaycana gələn TIR-lar SƏRHƏDDƏ QALDI

13-12-2022, 18:54           
Türkiyədən Azərbaycana gələn TIR-lar SƏRHƏDDƏ QALDI
Türkiyədən Azərbaycana gələn TIR-lar sərhəddə 8 kilometr növbə yaradıb.

TEREF.AZ lent.az-a istinadən xəbər verir ki, Türkiyənin Qafqaz və Orta Asiyaya açılan ən əhəmiyyətli qapılarından biri olan Sarp sərhəd buraxılış məntəqəsində "TIR"lar növbə yaranmasına səbəb olub.

Kemalpaşa mahalında başlayan növbə 8 kilometrə çatıb. Kaçkar Gömrük və Ticarət Region Müdirliyi tərəfindən verilən açıqlamaya görə, TIR sıxlığının səbəbi “keçid sənədi” ilə bağlıdır.

Qara dəniz sahilində yolun sağ və sol tərəfində dayanan yük maşınları da hərəkətin pozulmasına səbəb olub. Yük maşınlarının sürücüləri Sarp sərhəd buraxılış məntəqəsindən keçmək üçün orta hesabla 4-8 gün gözləmək məcburiyyətində qaldıqlarını deyiblər.

İstanbuldan Azərbaycana yük daşıyan maşını sürücüsü Osman Köse 4 gündür Hopada gözlədiklərini bildirərək, "Mən gələndə 1500 maşın var idi, indi qarşıda min maşın var. Bilmirik. növbə bizə nə vaxt çatacaq. Yuvamız yox, yemək yerimiz yoxdur” – bu sözlərlə vəziyyəti təsvir edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru