Türkiyədə siyasi tablo nəyi göstərir

15-12-2022, 09:54           
Türkiyədə siyasi tablo nəyi göstərir
Türkiyə məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün həbs cəzası verib.
Bəzi dostlarımız and-aman edir ki, bunla da Tayyib Ərdoğan 2023-cü ilin 18 iyununda keçiriləcək prezident seçkisini uduzub. Yəni xalq Tayyib Ərdoğanın acığına Əkrəm İmamoğluna səs verəcək...
Rəsmi şəkildə prezident seçkisinə 4 nəfər qatılacağını artıq bəyan edib. Kimdir onlar? Recep Tayyip Erdoğan, Cem Uzan, Muharrem İnce və Sinan Oğan.
O da bəllidir ki, 4 nüfuzlu şəxs isə prezident seçkisində iştirak etməyəcəyini rəsmi şəkildə elan edib. Kimdir onlar? Devlet Bahçeli, Ekrem İmamoğlu, Mansur Yavaş və Meral Akşener.
Bunlardan başqa, Türkiyənin nüfuzlu 15 siyasi xadimi də var. Onlar hələ ki, prezident seçkilərinə qatılıb-qatılmamaq haqqında yekun qərar verməyiblər...
Ekrem İmamoğlu 2023-cü ildə keçirilən prezident seçkilərində iştirak etməyəcək. 2021-ci ilin oktyabrında doğulduğu Trabzon şəhərində prezident seçkisi ilə bağlı suala cavab verərkən özü bunu dilə gətirib.
Düzdür, bir çox Qərb mənbələri Ekrem Imamoglunun prezident seçkisinə qatıla biləcəyini bildirir. Və onu Tayyib Ərdoğana layiqli rəqib hesab edirlər...
Cənab İmamoğlu fikrini dəyişə bilərmi? Türkiyə siyasətində belə şey olubmu? Orasını deyə bilmərəm...
Əlbəttə, cənab Ərdoğanın vəziyyəti yaxşı deyil. Ancaq müxalifətin vahid namizədi olmasa, çətin ki, Ərdoğan iqtidardan getsin...
Elbəyi Həsənliu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru