Türkiyəli məşhur aktyor sevgilisi ilə ayrılmaq qərarına gəliblər

15-12-2022, 11:31           
Türkiyəli məşhur aktyor sevgilisi ilə ayrılmaq qərarına gəliblər
Türkiyənin bir çox filmlərinin baş qəhrəmanı Aras Bulut İynemli və Bige Önal ayrılmaq qərarına gəliblər

7 ildir birlikdə olan və bu müddətdə bir neçə dəfə ayrılaraq barışan Aras Bulut İynemli və Bige Önaldan pis xəbər gəlib. Əvvəlki yay qısa bir ayrılıq prosesi keçdikdən sonra sevgilərini qaldıqları yerdən yenidən davam etdirən cütlük yenidən ayrılmaq qərarına gəlib.

Tribunainfo.az türk mətbuatına istinadən xəbər verir ki, cütlük aralarında yaşanan gərginlik ayrılmaq üçün səbəb olub. Hələ ötən ilin iyulunda belə bir qərarı olan cütlüyün sentyabr ayında münasibətlərini qaldıqları yerdən davam etdirmək qərarına gəliblər.

Bige Önal, sonuncu dəfə aralarında yaşanan narazılığı belə ifadə etmişdi :”Hər şey yaxşıdır, yaxşıyıq. Bildiyiniz kimi, işlərimiz fərqlidir. Ona görə də çox bir araya gəlmirik. Biz də çox vaxt keçirmirik” deyə mövzunu media üçün bağlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.