Nazirə rus dilində danışmağa icazə verilmədi

15-12-2022, 16:14           
Nazirə rus dilində danışmağa icazə verilmədi
Qırğızıstan parlamentinin spikeri Nurlan Şakiyev ölkənin Təbiət Nazirliyinin rəhbəri Dinara Kutmanovanın çıxışını rus dilində davam etdirməsinə mane olub.

"DogruXeber.az" xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" məlumat dərc edib.

Spiker nazirin Kutmanova çıxışını yarımçıq kəsərək bildirib ki, hesabat qırğız dilində davam etdirilməlidir. Nəticədə nazir rus dilində danışmaqdan imtina etmək məcburiyyətində qalıb.

Bundan əvvəl Şakiyev bildirib ki, Qırğızıstan paytaxtının hakimiyyət orqanları təcili olaraq şəhərin rayonlarının adlarını dövlət dilinə uyğun olaraq ruslaşdırmadan çıxarmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru