Türkiyədə müxalifətin “namizəd böhranı” Əkrəm İmamoğlunun həbsi ilə daha da dərinləşib

16-12-2022, 08:48           
Türkiyədə müxalifətin “namizəd böhranı” Əkrəm İmamoğlunun həbsi ilə daha da dərinləşib
Türkiyə müxlifətinin “namizəd böhranı” davam edərkən, Əkrəm İmamoğluna qarşı məhkəmə qərarı ilə 6-lı masada işlər əməlli-başlı qarışdırıb.

Teref.az-ın yazdığına görə, “Sabah” qəzetinə ustinadən Editor.az xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu İmamoğlunun namizədliyinin gündəmə gətirilməsi təhlükəsi ilə üzləşərkən diqqətçəkən bir çıxış etdi. Saraçhanedə danışan Kılıçdaroğlu, tez-tez ‘İstanbul’a vurğu etdi. Kılıçdaroğlu, “Heç kim, heç bir güc Əkrəm İmamoğlunun İstanbula xidmət etməsinə mane ola bilməz.

O, üzərinə düşən vəzifəni şərəf və ləyaqətlə yerinə yetirəcək”- deyərək İmamoğlu və Akşenerə mesaj verdi. Akşener isə bu çıxışa İmamoğlunun arxasında İstanbulun deyil, Türkiyənin olduğunu iddia edərək cavab verdi. Qeyd edək ki, müxalifətin “6-lı masa”sında prezidentliyə namizədlik üçün ad açıqlaya bilməyən liderlər arasında soyuq müharibə fərqli bir müstəviyə keçir.

Əkrəm İmamoğlunun siyasətlə məşğul olmasına qadağa qoyulması ilə bağlı məhkəmə qərarındaan sonra İBB sədrinin vəziyyəti prezidentliyə namizədlik üçün fürsətə çevirərək böhranı daha da dərinləşdirib. Bu hadisələrdən sonra Kamal Kılıçdaroğlu və tərəfdarları bir-birinin ardınca açıqlamalar verib. Kılıcdaroğlu İmamoğlunu gündəmə gətirmək üçün son zamanlar görülən işlərdən narahatlığını ifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.