Türkiyə və İran nümayəndə heyətləri görüşdülər

16-12-2022, 00:11           
Türkiyə və İran nümayəndə heyətləri görüşdülər
İranın Maku şəhərində İran və Türkiyə nümayəndə heyətlərinin görüşü baş tutub.
Bu barədə “Anadolu” agentliyi xəbər verir. Danışıqların əsas mövzusu sərhəd təhlükəsizliyi və ticarət məsələləri olub. Türkiyə nümayəndə heyətinə İğdır valisi Hüseyn Engin Sarıibrahim başçılıq edib.

O, çıxışı zamanı qeyd edib ki, Türkiyə ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin, o cümlədən mədəni, sosial və ticarət sahələrində inkişaf edəcəyini gözləyir. Danışıqların nəticəsi olaraq müvafiq protokol hazırlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru