Türkiyəli biznesmendən Pentaqona qarşı fırıldaqçılıq

16-12-2022, 11:02           
Türkiyəli biznesmendən Pentaqona qarşı fırıldaqçılıq
Türkiyəli iş adamı Pentaqonua qarşı dələduzluq edib.

Ölkə.Az “Hürriyet”ə istinadla xəbər verir ki, 53 yaşlı biznesmen A.Uğur ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) tenderində qalib gəlib.
Müqavilənin şərtlərinə görə, silah hissələrini ABŞ-da istehsal etməli olan iş adamı hissələri Türkiyədə istehsal edib. O daha sonra silah hissələrini ABŞ istehsalı kimi təqdim edərək Pentaqona göndərib.

Dələduzluq üzə çıxanda A.Uğur barəsində iddia qaldırılıb. Məhkəmənin nəticəsi olaraq Uğur 33 ay müddətinə azadlıqdan məhrum edilib. ABŞ Ədliyyə Nazirliyi Bostonda yaşayan Uğurun xaricdəki texniki məlumatları Türkiyəyə köçürdüyünü deyib:

“Belə təkəbbür bizim hərbi hazırlığımızı və texnoloji üstünlüyümüzü təhdid edirdi. Buna tolerant yanaşmayacağıq”,- deyə o söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru