Möcüzəvi qurtuluş: Cibindəki telefon həyatını güllədən qorudu / FOTOLAR

19-12-2022, 18:37           
Möcüzəvi qurtuluş:
Türkiyədə Baş çavuş Mehmet Dəmirdaşın başına gələn olay bütün ölkədə böyük maraq və sağ qalması səbəbindən, sevincə səbəb olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Pəncə-Kilid əməliyyatları zamanı xidməti borcunu yerinə yetirən hərbçi PKK terrorçuları ilə qarşılaşarkən onların açdığı atəşlə yaralandı..
Sol ayağına mərmi girən Dəmimrdaş sağ ayağını isə cibindəki mobil telefon sayəsində sağ saxlaya bilib. Belə ki, silahdan açılan güllənin sürətini cibindəki telefonun varlığı yavaşladıb. Bununla da o, daha ağır yaralanmaqdan qurtula bilib.


Hərbçi ilk tibbi yardımın ardından helikopterlə xəstəxanaya gətirilib. İki aylıq sağalma dönəmi zamanı başına gələnləri danışan Dəmirdaş gözlərini xəstəxanada açdığını bildirib.



O açıqlayıb ki, 4-5 ildir ki, Suriyada xidməti borcunu yerinə yetirir. Müşahidə fəaliyyəti edərkən qarşıdakı mağarada içində terrorçuların olduğu təsbit edilir. Həmin yerdən hərbçilərin olduğu yerlərə silahlı atəş edilərkən yaralanan Mehmet Dəmirdaş hazırda ölkəsində haqqında ən çox danışılan adamlardan biridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.