NATO Türkiyə və Yunanıstana çağırış etdi

21-12-2022, 10:23           
NATO Türkiyə və Yunanıstana çağırış etdi
NATO Türkiyə və Yunanıstanı həmrəy olmağa çağırıb.

TEREF.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna səbəb Yunanıstanın döyüş təyyarələrinin Egeydə NATO uçuşlarının qarşısını almaq cəhdi olub.

"Yunanıstan və Türkiyəni Egeydəki fikir ayrılıqlarını diplomatik yollarla və həmrəylik ruhu ilə həll etməyə çağırırıq",-deyə NATO-nun açıqlamasında qeyd olunub.

NATO Türkiyə və Yunanıstanın dəyərli müttəfiqlər olduğunu xatırladıb və onların alyansın təlimlərində birlikdə iştirak etdiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru