ABŞ-dan Türkiyə açıqlaması: “Bunun heç kimə faydası yoxdur”

21-12-2022, 11:23           
ABŞ-dan Türkiyə açıqlaması: “Bunun heç kimə faydası yoxdur”
“Brüsseldə Türkiyə, Almaniya və Yunanıstan nümayəndə heyətləri arasında keçirilən üçtərəfli görüşü alqışlayırıq”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında bildirib.

“NATO tərəfdaşlarımız arasında birliyə və harmoniyaya ən çox ehtiyac duyduğumuz dövrdəyik. Gərginliyi artıran təxribatçı bəyanatlara görə həmişə təəssüflənirik. Alyans daxilində iki ittifaq üzvü arasındakı gərginliyin heç kimə faydası yoxdur. Bu çərçivədə Prezident Ərdoğanın sözçüsü və baş müşaviri İbrahim Kalınla Yunanıstan baş nazirinin diplomatik ofisinin direktoru Anna Mariya Bora arasında Brüsseldə keçirilən görüşü alqışlayırıq”, - ABŞ rəsmisi deyib.

Kalın Almaniya kanslerinin müşaviri Yens Plötner və Anna Mariya Bora dekabrın 16-da Brüsseldə üçtərəfli görüş keçirib. Görüş zamanı Türkiyə ilə Yunanıstan arasında kommunikasiya kanallarının aktivləşdirilməsi məsələsi müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru