Bütün dünyada ziyarətçi rekordları qıran qədim Misir fironu Tutanxamonun xəzinəsi İstanbula aparılacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, firon Tutanxamonun məzarında tapılan qiymətsiz əsərlər 2023-cü ilin yanvarında İstanbulda "UniqExpo"da sərgilənəcək.
Qeyd edək ki, Tutanxamonun məzarının və onun qızıl və qiymətli daşlardan ibarət unikal xəzinəsinin tapılmasından 100 il keçir.