Türkiyədə 10 terrorçu ələ keçdi

26-12-2022, 11:45           
Türkiyədə 10 terrorçu ələ keçdi
Türkiyənin Van vilayətində FETÖ, Əl-Qaidə və PKK terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 10 şübhəli saxlanılıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Van Polisi məlumat yayıb.

Terror təşkilatlarının deşifrə edilməsi və fəaliyyətlərinə son qoyulması istiqamətində işlər davam etdirilir.

Bildirilib ki, əməliyyat nəticəsində ümumilikdə 10 nəfər saxlanılıb.

Saxlanılanlardan 8 nəfəri PKK/KCK, 1 nəfəri FETÖ, 1 nəfəri isə Əl-Qaidə üzvü olub.

Hazırda saxlanılanlarla bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru