Çavuşoğlu BMT-nin baş katibi ilə müzakirələr aparıb

29-12-2022, 09:47           
Çavuşoğlu BMT-nin baş katibi ilə müzakirələr aparıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin söhbətin yekunlarına dair dərc olunmuş məlumatında deyilir.

“Xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 28-də BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb. Söhbət zamanı Əfqanıstan və Ukraynadakı vəziyyət, o cümlədən taxıl sazişinin həyata keçirilməsi, Suriyaya sərhədyanı humanitar yardımın göstərilməsi məsələləri müzakirə edilib”, - deyə məlumatda bildirilir.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru