Rusiyada məşhur markanı Türkiyə brendi əvəz edəcək

29-12-2022, 11:38           
Rusiyada məşhur markanı Türkiyə brendi əvəz edəcək
Rusiya bazarını tərk edən ispan geyim markası “Zara”nın yerini Türkiyənin “LC Waikiki” brendi tutacaq.

Axar.az xəbər verir ki, bu barədə rus mediasında məlumat yayılıb.

“LC Waikiki” Voronejdə “City-Park Grad”da flaqman mağaza açır. Şirkət binanı uzunmüddətli müqavilə əsasında icarəyə götürüb. Mağaza bu bölgədəki pərakəndə satış məntəqələri arasında sahəsinə görə ən böyüyü olacaq - 1,6 min kvadratmetrdən çox", - məlumatda bildirilib.

Qeyd edək ki, “LC Waikiki” Fransada yaradılıb və 1997-ci ildən türk markasıdır. Pərakəndə satış şirkətinin 57 ölkədə 1,2 mindən çox mağazası var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru