Baş qərargah rəisi “qırmızı xətt”i keçir – Türkiyəni bu sözlərlə hədələdi

29-12-2022, 11:42           
Baş qərargah rəisi “qırmızı xətt”i keçir –
Yunanıstanın Baş qərargah rəisi Konstantinos Floros Aralıq və Egey dənizlərində təxribatçı səfərini davam etdirir.

Teleqraf.com xəbər verir ki, Floros beynəlxalq müqavilələrə əsasən Türkiyənin ərazi sularında yerləşən Keçi adasına gəlib.

Baş qərargah rəisi hərbi qüvvələrin yerləşdirilməsinin qadağan edildiyi adada yunan qoşunlarına baxış keçirib.

Floros Keçi adasındakı hərbi hissəyə də baş çəkib, bölgədəki vəziyyətlə bağlı məlumat alıb.

Yunanıstanın Baş qərargah rəisi sosial şəbəkə hesabındakı paylaşımında “Əlimiz tətikdədir və hazırıq” qeydinə yer verib.

Türkiyənin Bodrum sahillərindən təqribən 8 kilometr aralıda yerləşən ada 2004-cü ildən Yunanıstanın işğalı altındadır. Yunanıstanın qeyri-hərbi statuslu adada artilleriya bölməsi də var.

Floros arxa planda Bodrum sahili olan fotonu sosial şəbəkədə paylaşıb.

Floros ötən gün 1947-ci il Paris razılaşmasına görə silahsız olmalı olan Kerpe, Meys və Karada adalarındakı hərbi hissələrə baxış keçirmişdi. O, Kritin cənubunda yerləşən və suverenliyi müqavilələrlə Yunanıstana verilməyən Böyük Qavda adasına da gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru