İmamoğlunun həbs müddəti dəyişdiriləcək

30-12-2022, 08:08           
İmamoğlunun həbs müddəti dəyişdiriləcək
Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Yüksək Seçki Komissiyası (YSK) üzvlərini təhqir etmək ittihamı ilə 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edilmişdi.

Türkiyə mətbuatı xəbər verir ki, prokuror cəzanın 5 gün artıq hesablandığını əsas gətirərək apellyasiya məhkəməsinə müraciət edib.

Belə ki, prokuror apellyasiya məhkəməsinə verdiyi vəsatətdə hökmün dəyişdirilərək qüvvədə saxlanılmasını istəyib.

Bildirək ki, təqsirləndirilən şəxsin hökmündə hesablama xətası olduğu və bu səbəbdən əlavə 5 gün həbs cəzasının təyin edilməsinin prosedura və qanuna zidd olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru