Qazaxıstan Almaniyaya neft ixrac edə bilər

30-12-2022, 09:54           
Qazaxıstan Almaniyaya neft ixrac edə bilər
Qazaxıstanın “KazTransOil” şirkəti Almaniyaya neft ixrac edə bilər.

“Report” xəbər verir ki, bu ölkənin şirkəti Almaniyaya “Drujba” kəməri ilə neft tranziti üçün Rusiyanın “Transneft” şirkətinə müraciət etdiyini təsdiqləyib.

Bildirilib ki, “KazTransOil” 2023-cü ildə 1,2 milyon ton Qazaxıstan neftinin “Transneft”in magistral kəmərlər sistemi ilə Almaniyaya nəqli üçün müraciət göndərib.

Xatırladaq ki, bir müddət əvvəl “KazMunayQaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev Almaniyanın İqtisadiyyat və İqlimin Mühafizəsi Nazirliyinin dövlət katibi Mixael Kelnerlə danışıqlardan sonra bildirmişdi ki, şirkət 2023-cü ilin yanvarında Almaniyaya neftin sınaq partiyasının göndərilməsi imkanını nəzərdən keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru