Türkiyədə restoranda baş verən partlayışla bağlı 5 nəfər saxlanıldı

31-12-2022, 00:10           
Türkiyədə restoranda baş verən partlayışla bağlı 5 nəfər saxlanıldı
Türkiyənin Aydın şəhərində restoranda baş verən partlayışda şübhəli bilinən bir nəfər saxlanılıb.

Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ sosial şəbəkədə açıqlama verib.

“Aydın-Nazillidə bir restoranda boru partlaması nəticəsində həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Partlayışı törətdiyi iddia edilən şəxs nəzarətə götürülüb. Rəbbim bir daha xalqımızın və ölkəmizin başına belə ağrılı hadisələr gətirməsin”, – deyə nazir qeyd edib.

***

Türkiyənin Aydın şəhərində restoranda baş verən partlayışda şübhəli bilinərək saxlanılanların sayı artıb.

Bu barədə “Hurriyet” məlumat yayıb. Bildirilib ki, Nazilli rayon polisi tərəfindən beş nəfər saxlanılıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru