Hulusi Akardan kritik açıqlama: Türkiyə hərəkətə keçir

31-12-2022, 12:22           
Hulusi Akardan kritik açıqlama: Türkiyə hərəkətə keçir
Türkiyə müdafiə naziri Hulusi Akar F-35 və F-16 hərbi təyyarələri, eləcə də S-400 müdafiə sistemləri ilə bağlı mühüm açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, müdafiə naziri F-35 və F-16 məsələlərini həll etmək üçün yaxın günlərdə Ankaradan nümayəndə heyətinin Vaşinqtona gedəcəyini deyib.

Akar S-400-lə bağlı suala belə cavab verib:

“S-400-ün istifadəsi ilə bağlı söz-söhbətlər var. Nə vaxt raket hücumu oldu ki, biz də istifadə etmədik? Qərbə sözümüz budur ki, S-400-lərin heç kimə zərəri yoxdur. Bu təhlükə deyil. Türkiyəyə raket zərbələri endirmək, hücum üçün təyyarə göndərmək haqda düşünənlərdən başqa”.

Müdafiə naziri uzun müddətdir gündəmdə olan F-35 və F-16 məsələlərinə də toxunub:

“Yanvarda nümayəndə heyətimiz F-35-lərlə bağlı ABŞ-a gedəcək.

F-16 məsələsinə gəlincə, yanvarda Senatda danışıqlar aparmaq üçün başqa bir nümayəndə heyətimizin ABŞ-a səfəri gözlənilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru