Türkiyənin hərbi sənayesi möcüzələr yaradır

31-12-2022, 19:56           
Türkiyənin hərbi sənayesi möcüzələr yaradır
ABŞ-ın müdafiə xərcləri 1.5 milyard dollardır. Rusiya isə müdafiəyə illik 70 milyard dollar xərcləyir. Yəni Amerika bu sahədə ən azı 20 dəfə Rusiyanı üstələyir...
Dünyada istehsal olunan silahın 50 faizi ABŞ-ın payına düşür. Dünyada satılan silahların da yarısı Amerikaya aiddir...
Azərbaycan və digər türk dövlətləri üçün ən önəmli olanı odur ki, Türkiyənin hərbi sənayesi ağlasığmaz sürətlə inkişaf edir. Rəsmi statistika belədir ki, Türkiyə 2022-ci ildə 4 milyard dollardan çox xaricə silah satıb. 2021-ci ildə bu göstərici 2.778 milyard dollar olmuşdu.
Amerika Türkiyəyə F-35 qırıcıların satmadı. Türkiyə bundan çox məyus idi. İndi isə sevinirlər ki, nə yaxşı Amerikadan F-35 almadıq. Özümüz öz əlimizlə, öz başımızla F-35-dən heç də əskik olmayan qırıcılar yarada bilərik. Elə yarıdırlar da...
Ən maraqlısı odur ki, Türkiyənin silah istehsalçıları son dərəcə fərqli sahələrdə ciddi uğurlar qazanmaqdadırlar. Düşünün ki, silah istehsalı sahəsində 75 min nəfərdən çox mütəxəssis çalışır...
Müasir silahlar son dərəcə önəmlidir. Dövlətin özgüvənini artırır. Düşünün ki, Türkiyə xaricdən aldığı ultra-müasir silahların bir çoxunun şifrəsinə sahib olmur. Təsəvvür edin ki, son dərəcə bahalı silaha sahib olmusan. Ancaq o silahdan istifadə olunması üçün tutaq ki, ABŞ və ya Rusiyadan-silahın istehsalçısından şifrəni almalısan. Şifrəni verməsələr sən silahdan istifadə edə bilmirsən. Yəni yenə də onlardan asılı vəziyyətdəsən. Türkiyənin istehsal etdiyi silahın şifrəsi də özündə olur. Bu, strateji məsələdir. Başqa sözlə desək, özün istehsal etdiyin silahın istifadəsi üçün kimsədən asılı deyilsən...
2023-cü ildə Türkiyənin hərbi sənayesində ciddi sıçrayış gözlənilir. Heç şübhəsiz ki, bu, Azərbaycan və digər Türk dövlətlərinə müdafiə baxımından ciddi üstünlüklər verəcək...
Mənim baxışıma görə, Türkiyə yeni texnologiyaların istehsalını paralel olaraq digər Türk Dövlətlərinə də keçirməlidir. Təbii ki, hərbi sirləri saxlamaq şərti ilə. Türkiyəli mütəxəssislərin nəzarəti altında bu kimi işlər görülməlidir. Bu baxımdan Azərbaycanda ciddi işlər görülür. Ancaq digər Türk Dövlətlərində də bu prosesə start vermək gərəkir...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.