Azərbaycandan sonra Türkiyəni hədəfə aldı – Hindistandan yeni həmlə

1-01-2023, 11:37           
Azərbaycandan sonra Türkiyəni hədəfə aldı – Hindistandan yeni həmlə
Hindistan və Cənubi Kipr arasında müdafiə və hərbi əməkdaşlıq üzrə müqavilə imzalanıb.

Teleqraf.com xəbər verir ki, anlaşma Hindistan xarici işlər naziri Subramanyam Cayşanxarın Yunan Kiprinə səfəri zamanı əldə olunub.

Sənədin imzalanmasından sonra Cayşanxar və həmkarı Yannis Kasulidis birgə mətbuat konfransı keçirib.

Nazirlər həmçinin Cənubi Kiprin Beynəlxalq Günəş Alyansında (ISA) iştirakı ilə bağlı anlaşma imzalayıblar.

ISA qalıq yanacaqlardan asılılığı azaltmaq üçün Günəş enerjisinin səmərəli istehsalı və istehlakı sahəsində əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

Digər tərəfdən, Cayşanxar Yunan Kiprinin daxili işlər naziri Nikos Nuris ilə nizamsız miqrasiya məsələsi ilə bağlı razılaşma üçün danışıqlara başlamaqdan ötrü niyyət protokolu imzalayıb.

Son iki ildə Hindistanın Azərbaycan və Türkiyə əleyhinə fəallığı diqqət çəkir. Hər fürsətdə BMT və digər beynəlxalq qurumlarda Azərbaycan əleyhinə açıqlamalar verən Hindistan Ermənistanla da hərbi anlaşma əldə edib. Bu anlaşma çərçivəsində Dehli qarşıdakı aylarda İrəvana satdığı silahları göndərməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru