Türkiyədəki sui-qəsdlə bağlı ŞOK FAKTLAR

3-01-2023, 07:52           
Türkiyədəki sui-qəsdlə bağlı ŞOK FAKTLAR
Türkiyədə Ülkü Ocaqlarının keçmiş sədri Sinan Atəşin qətlə yetirilməsi ilə bağlı yeni iddialar ortaya çıxmağa davam edir.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 dekabrda sui-qəsd nəticəsində öldürülən sədrin son sözləri bəlli olub.

"Habertürk" qəzetinin jurnalisti Fatih Altaylı sürpriz bir iddia ilə çıxış edib. O, Sinan Atəşin öldürüləcəyini əvvəlcədən bildiyini önə sürüb:

"FETÖ böhtanı ilə onu ləkələnməyə çalışdıqları günlərdən etibarən özünə qarşı bir həmlə gözləyirdi. Hətta "Qələmimi sındırıblar" deyirdi".

Jurnalistin sözlərinə görə, Sinan Atəş onu kimin öldürəcəyini belə bilirdi:

"O, hər an hər şeyin ola biləcəyini gözləyirdi. Hətta bu işin kimin həvalə olunduğunu da bilirdi, amma vecinə deyildi”.

Qeyd edək ki, Sinan Atəşin öldürülməsi ilə bağlı davam edən istintaq çərçivəsində 5 nəfər saxlanılıb.

Onların arasında Milliyətçi Hərəkat Partiyasının (MHP) İstanbul şöbəsinin idarəçilərindən olan Ufuk Köktürkün də olması diqqət çəkib.

Bunun ardınca isə MHP-nin internet saytından Ufuk Köktürkün adı silinib. Lakin onun MHP-dən istefa verib-vermədiyi və ya partiyadan xaric edilib-edilmədiyi barədə heç bir məlumat verilməyib.

Xatırladaq ki, Sinan Atəş Ankarada motosikletli iki nəfərin hücumuna məruz qalıb. Başına dəyən güllələrdən ağır yaralanan Atəşi, aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.