Türkiyə Rusiya və ABŞ-ın Suriya ilə bağlı öhdəliklərinin yerinə yetirilməsini tələb edir

3-01-2023, 08:26           
Türkiyə Rusiya və ABŞ-ın Suriya ilə bağlı öhdəliklərinin yerinə yetirilməsini tələb edir
“Türkiyə ümid edir ki, Rusiya və ABŞ öhdəlikləri yerinə yetirəcək və terrorun sərhədlərini təmizləyəcək”

“Türkiyə ümid edir ki, ABŞ və Rusiya Suriya ilə bağlı 2019-cu il müqavilələrində nəzərdə tutulan öhdəlikləri yerinə yetirəcək və terrorun sərhədlərini təmizləyəcək”. AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın deyib.

“Milli təhlükəsizliyimizi təhdid edən terror ünsürlərinə qarşı mübarizəmiz ölkəmiz və sərhəd bölgəsi tamamilə təhlükəsiz olana qədər qətiyyətlə davam edəcək”, - Kalın qeyd edib.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında Moskva və Ankara anlaşma memorandumu imzalayıblar. Sənədə əsasən, Rusiya hərbi polisi və Suriya Sərhəd Xidmətinin bölmələri Türkiyənin “Sülh çeşməsi” əməliyyatı zonasından kənara, Türkiyə ilə sərhədin Suriya tərəfinə gətirilib. Bundan sonra Rusiya-Türkiyə birgə patrulları xidmətə başlayıb.

Elə həmin il Vaşinqton və Ankara Menbicdə patrul xidməti üçün yol xəritəsi qəbul ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.