“Ukrayna böhranı uzun sürən soyuq müharibə riski yaradır” - Ömər Çelik

3-01-2023, 10:08           
“Ukrayna böhranı uzun sürən soyuq müharibə riski yaradır” - Ömər Çelik
Türkiyə Ukrayna böhranının uzanmasının yeni soyuq müharibəyə səbəb ola biləcəyini istisna etmir. Bu fikirləri bazar ertəsi jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib.

“Türkiyə münaqişənin başlanğıcından bəri onun danışıqlar masası arxasında həlli siyasətini davam etdirir və bundan sonra da bu istiqamətdə səy göstərəcək. Lakin sabit atəşkəs üfüqdə görünmür. Üstəlik, deyə bilərik ki, uzun sürən soyuq müharibə riski formalaşır”, - deyə o bildirib.

Qeyd edək ki, yanvarın 2-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ədalət və İnkişaf Partiyasının icraiyyə komitəsinin iclası keçirilib. (Mənbə: Haber Global)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru