Türkiyə ilə Rusiya uzunmüddətli qaz sazişləri imzaladı - Qiymətlər açıqlanmır...

3-01-2023, 11:14           
Türkiyə ilə Rusiya uzunmüddətli qaz sazişləri imzaladı - Qiymətlər açıqlanmır...
Rusiya və Türkiyə uzunmüddətli qaz tədarükü müqavilələri bağlayıb. Bu müqavilələrdə qiymətlər və həcmlər nəzərə alınıb.

Bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz TVnet -ə müsahibəsində bildirib.

O qeyd edib ki, Rusiya Türkiyə üçün əsas tranzit ölkələrdən biridir və ölkəyə qazın təqribən 44 faizini verir. Nazir Ankaranın Rusiyadan enerji aldığı qiymətləri açıqlamayıb və bildirib ki, onlar “dünya qiymətləri və həcmləri nəzərə alırlar”.

Dönməz Türkiyənin Rusiyaya qarşı sanksiya siyasətinə qoşulmadığını və bunun sayəsində “bu gün qaz tədarükü üçün alternativ mənbələr axtarmadığını” da vurğulayıb.

Bloomberg dekabr ayında Türkiyənin Rusiyadan qaza 25% endirim əldə etməyi planlaşdırdığını bildirib. Agentliyin mənbələrinə görə, Ankara endirimin təkcə gələn il üçün ödənişlərə deyil, retrospektiv olaraq cari ilin hesablamalarının bir hissəsinə də şamil edilməsini istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru