Həbs olunan saxta həkim özünü belə müdafiə etdi: Əvvəllər yastıq tikmişdim...

4-01-2023, 08:36           
Həbs olunan saxta həkim özünü belə müdafiə etdi: Əvvəllər yastıq tikmişdim...
Türkiyədə həbs olunan saxta həkimin məhkəməsi baş tutub.

Musavat.com xəbər verir ki, Tekirdağ şəhərinin Çerezköy Dövlət Xəstəxanasında saxta diplomla işləyən Ayşe Özkirazın özünü müdafiə etmək üçün söylədiyi sözlər gündəm olub. Ayşe Özkiraz heç vaxt resept yazmadığını bildirib və pasientinə 1 dəfə tikiş atdığını etiraf edib.

"Fakültədə daha əvvəl tikiş atılma dərsini görmüşdüm. Həkim yastıq üzərində tikiş məşqləri etməyimi istəmişdi. İynə-sapla yastığı tikmişdim", - Ayşe Özkiraz deyib.

Qeyd edək ki, 21 yaşlı Ayşe Özkirazı 13 ilə qədər həbs cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru