“Kızılelma” pilotsuz təyyarəsi "F-35"dən üstün olacaq" - Səlcuq Bayraktar

4-01-2023, 12:25           
“Kızılelma” pilotsuz təyyarəsi "F-35"dən üstün olacaq" -
Türkiyənin səsdən sürətli pilotsuz qırıcısı “Bayraktar Kızılelma” Amerikanın beşinci nəsil “F-35” qırıcısını bir neçə göstəriciyə görə üstələyəcək.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə “Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraktar “Tvnet” telekanalının efirində bildirib.

“Biz pilotsuz qırıcının səsdən sürətli versiyasını istehsal etməyi planlaşdırırıq. “Kızılelma” aviasiyada inqilab edəcək, klassik qırıcılara qarşı hava döyüşlərində istifadə edilə bilər. İlk uçuşundan sonra onu bir çox ölkədə istifadə olunan təyyarələrlə müqayisə etmək düzgün olmazdı, amma tam hazır olduqdan sonra bir neçə göstərici üzrə eyni “F-35″i keçəcək”, – o deyib.

Onun sözlərinə görə, “Kızılelma” pilotsuz döyüş təyyarəsi də “F-35” kimi beşinci nəsil qırıcıdır, lakin uzaqdan idarə olunur.

Qeyd edək ki, Türkiyənin səsdən sürətli pilotsuz qırıcısı ilk dəfə 2022-ci ilin avqustunda Qara dənizin Samsun şəhərində keçirilən “Teknofest” Aerokosmik sərgisində təqdim edilib. Təyyarə 12 km yüksəklikdə 5-6 saat hərəkət edə bilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.