SEPAH “Bakı, qəbrini qazma”ya yeni klip çəkdi - VİDEO

6-01-2023, 10:07           
SEPAH “Bakı, qəbrini qazma”ya yeni klip çəkdi - VİDEO
SEPAH öz marşına Xudafərin körpüsündə yenə klip çəkərək, Azərbaycan və İsraili yenidən təhdid edib.

Bu haqda “ATARAKSİA” Teleqram kanalı məlumat yayıb.

Marşda “Həddini aşma, öz əlinlə öz qəbrini qazma. İran elan edir, bunu bilsin Azərbaycan!” – deyə qeyd olunub.

Bu dəfə SEPAH uşaqların əlinə bayraq verərək, Arazın O tayından hədə səsləndirib.

Qeyd edək ki, marş ötən ilin oktyabrında “Səhər Azəri” kanalında yayılmışdı, daha sonra isə “yeni klip”dən bəzi fraqmentlər (“Qüdsə yol Bakıdan keçir” yazısı ilə) dekabrda paylaşılmışdı.axar.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru