Ərdoğana söz verdilər, indi isə geri çəkilirlər -

9-01-2023, 10:54           
Ərdoğana söz verdilər, indi isə geri çəkilirlər -
Finlandiya ilə NATO-ya üzv olmaq üçün danışıqlara başlayan İsveçin baş naziri Ulf Kristersson təəccüblü açıqlama verib.

Musavat.com-un xəbərinə görə, "Türkiyə bizdən İsveçin NATO üzvlüyünü dəstəkləmək üçün edə bilməyəcəyimiz işləri tələb edir. Ankaranın bütün tələblərini qarşılaya bilmərik", - deyə baş nazir bildirib.

Xatırladaq ki, ötən ilin iyun ayında İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Zirvə toplantısında Türkiyə ilə terrorla mübarizə üçün anlaşma memorandumu imzalayan İsveç birliyə üzv olmaq naminə Türkiyənin bəzi tələblərini yerinə yetirəcəyinə söz vermişdi.

Prezident Rəcəb Tayyib Ərdoğan 2022-ci il noyabrın 9-da İsveçin baş naziri Ulf Kristersson ilə keçirdiyi birgə mətbuat konfransında "FETÖ-dən olan terrorçu Bülent Keneşin Türkiyəyə deportasiya edilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir" - deyə bildirmişdi. Amma İsveç bu terrorçunu hələ də Türkiyəyə təhvil verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.