Türkiyə öz hərbi- sənaye kompleksini möhkəmləndirir

10-01-2023, 08:38           
Türkiyə öz hərbi- sənaye kompleksini möhkəmləndirir
Türkiyə silah idxalından asılılığı minimuma endirməyi və öz müdafiə sənayesini inkişaf etdirməyi planlaşdırır. Bu barədə yanvarın 9-da prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinə yerli yeni nəsil “Fırtına” özüyeriyən artilleriya qurğularının verilməsi mərasimində deyib.

O qeyd edib ki, 2025-ci ildə Türkiyə tanklarının istehsalına başlanılacaq. “Bu ilin mayında iki “Altay” tankı sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə veriləcək. Bundan əlavə, “Leopard 2 A-4” tanklarının modernləşdirilməsi, həmçinin “Altuğ 8×8” zirehli transportyorun istehsalına başlanması planlaşdırılır”, – “Anadolu” agentliyi Ərdoğandan sitat gətirib.

Türkiyə lideri deyib ki, 20 il öncə Türkiyənin müdafiə məhsulları ixracının həcmi 248 milyon dollar olub, 2022-ci ilin yekunlarına görə bu göstərici 4,4 milyard dollara çatıb. 20 il ərzində ölkənin müdafiə müəssisələrinin sayı 56-dan 2 mini ötüb.

Yeni işlər hərbi-dəniz donanmasını da əhatə edəcək. Bu il Türkiyə donanmasının flaqmanı, pilotsuz təyyarələrin yerləşdiyi “Anadolu” gəmisi istifadəyə veriləcək. Bu il beşinci nəsil yerli hərbi təyyarə buraxılacaq, Ərdoğan deyib. (Turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru