İstanbulda tikiş sexində partlayış baş verib, yaralılar var
13-01-2023, 00:02
İstanbulun Bağcılar rayonu Yıldıztəpə məhəlləsində biznes mərkəzində yerləşən tikiş sexində partlayış baş verib. Bu barədə DHA agentliyi məlumat yayıb. Xəbərə əsasən, hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Yaralıların olduğu bildirilir.