Sərhəddə helikopter vuruldu

17-05-2015, 00:01           
Sərhəddə helikopter vuruldu
Türkiyə-Suriya sərhədində yaranmış gərginliklə bağlı Türkiyə hökuməti açıqlama verib.ANS PRESS-in məlumatına görə, baş nazir Əhməd Davudoğlu Suriya sərhədində təyyarənin deyil, helikopterin vurulduğunu bildirib.“Hadisə baş verəndə dərhal sonra Hava Qüvvələri komandanlığı ilə əlaqə saxladım. Hava dumanlı olduğu üçün əvvəlcə elə bilinib ki, təyyarədir. Lakin sonra məlum olub ki, vurulan helikopterdir. Suriya helikopteri 7 mil Türkiyə ərazisinə soxulub. Əvvəlcə xəbərdarlıq edilib, sonra qırıcılar onu vurublar. Kim olursa olsun, hansı məqsədlə olursa olsun Türkiyə sərhədlərini pozan istənilən helikopteri, təyyarəni vuracağıq”, – deyə Davudoğlu bildirib.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Suriya təyyarəsini vurduğu bildirilirdi. Suriyadan Türkiyə ərazisinə keçən təyyarəni Adanadan təcili şəkildə hava qaldırılan F16 qırıcıları iki raket atəşi açıb.
Açılan atəşdən sonra böyük partlayış olub. Təyyarənin Türkiyə ərazisinə düşdüyü iddia edilir. Hadisə şahidlərinin sözlərinə görə, vurulan təyyarə ən az 3 hissəyə bölünüb. Onların sözlərinə görə, təyyarə iki dəfə Türkiyə sərhədlərini pozduqdan sonra Türkiyə qırıcıları atəş açdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru