Türk kəşfiyyatının müdhiş əməliyyatı dünya mediasında: "Türkiyə bütün bölgəyə nəzarət edir" - Məşhur nəşrlər nə yazır? + FOTO

1-05-2023, 11:04           
Türk kəşfiyyatının müdhiş əməliyyatı dünya mediasında:
Prezident Ərdoğan dünən axşam qatıldığı canlı yayımda Suriyada DAİŞ-in (İŞİD) liderinin öldürülməsi ilə bağlı verdiyi açıqlama düna mediasının manşeti olub.

"TRT-Türk"ə istinadla məlumatına görə, Prezident Ərdoğan bildirib ki, terrorla mübarizə böyük və qüdrətli Türkiyə vətəndaşları üçün qürur mənbəyidir: "Terror təşkilatlarını nəinki ölkəmizdə, bölgəəd sındırdıq. Bu mübarizə Avropanın təhlükəsizliyinə də töhfə verir, lakin onlar bunun fərqində deyillər. NATO daxilində PKK/PYD ilə mübarizə aparan yeganə ölkəyik. MİT (Türkiyə kəşfiyyatı-Mia.az) uzun müddətdir DEAŞ-ın sözdə lideri Qureyşi izləyirdi. Bu şəxs dünən Suriyada zərərsizləşdirilib...".

Bu açıqlama dünya mətbuatında böyük əks-səda doğurub.

Mia.az xəbər verir ki, Suriyanın şimalında keçirilən əməliyyatın görüntülərini yayan Almaniyanın məşhur AFP agentliyinin müxbiri bildirib ki, türk kəşfiyyatı və Türkiyənin dəstəklədiyi yerli hərbi polis şənbə günü Afrinin şimal-qərbindəki Cinderes bölgəsini mühasirəyə alıb.

Məhəllə sakinləri AFP-yə bildiriblər ki, əməliyyatın hədəfi məktəb kimi istifadə edilən tərk edilmiş ferma olub.

"France 24" bu xəbəri "Ərdoğan DEAŞ lideri Əl Quaraşinin Suriyada zərərsizləşdirildiyini söylədi" başlığı ilə oxucularına təqdim edib.

"CNN İnternational" qondarma liderin oktyabrda sələfi öldürüldükdən sonra vəzifəyə başlaması ilə bağlı məlumat paylaşıb.

“Ərdoğan Türkiyənin DEAŞ liderini öldürdüyünü açıqladı” başlıqlı xəbərlərdə “Əl-Cəzirə” Ərdoğanın açıqlamalarına geniş yer verib.

MİT-in əməliyyatına geniş yer verən ABŞ-ın "CBC News" kanalı da Türkiyənin Suriyadakı gücünə diqqəti çəkib: "Türkiyə 2020-ci ildən bəri Suriyanın şimalına qoşun yeridib və bütün bölgəyə nəzarət edir”.

Yunanıstanın İn.gr saytı əməliyyatı "Türkiyə kəşfiyyatı DEAŞ liderini zərərsizləşdirdi" başlığı ilə təqdim edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.