Ərdoğan İzmir məğlubiyyəti – FOTOLAR

1-05-2023, 12:36           
Ərdoğan İzmir məğlubiyyəti – FOTOLAR
Türkiyədə yaxınlaşan Prezidentlik seçkiləri meydanların daha da hərarətlənməsinə səbəb olub.

Millət İttifaqının Prezident namizədi Kamal Kılıçdaroğlu ilə Cumhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan arasındakı rəqabət böyüməkdədir.

Gununsesi.info xəbər verir ki, Millət İttifaqı aprelin 30-da Türkiyənin üçüncü böyük şəhəri İzmirdə böyük mitinq keçirib. Seçki mitinqinə qatılanların sayı yüz minlərlə olub.

Video çəkiliş görüntülərində ucu-bucağı görünməyən insan seli Millət İttifaqına olan dəstəyi gözlər önünə sərib.


Bir gün öncə eyni şəhərdə hazırkı Prezident Ərdoğan də seçki mitinqi keçirmişdi.

Həm Millət İttifaqı, həm də Cumhur İttifaqı üzrə seçki bloklarını müqayisə etdikdə, toplantıya qatılanlar arasındakı say fərqi Millət İttifaqının bu şəhərdə rəqibləri Cumhur İttifaqından üstün olduğuna işarədir.

Sözcü qəzetinin iddiasına görə Millət İttifaqının mitinqinə yüz minlərlə adam qatılıb.

“İstanbul qəzeti” isə Cumhur İttifaqının İzmir seçki mitinqinə 240 min insanın gəldiyini yazır.

Millət İttifaqının mitinqindən fotolar:





Cumhur İttifaqının mitinqindən fotolar:
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.