Ermənistandan Türkiyəyə böyük heyət gedir – Simonyan rəhbərlik edəcək

3-05-2023, 00:14           
Ermənistandan Türkiyəyə böyük heyət gedir –
Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti sabah Türkiyəyə yola düşəcək.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan mediasına Milli Assambleya sədrinin mətbuat katibi Tsovinar Xaçatryan deyib.

Onun sözlərinə görə, Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin parlament başçılarının təşkilatın 30 illiyinə həsr olunmuş sammitində və Baş Assambleyanın plenar iclasında iştirak edəcək. “Alen Simonyan parlament başçılarının sammitində çıxış edəcək”, - Xaçatryan əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru