Türkiyə Rusiya nəhəngi ilə ANLAŞDI: Moskva ilə danışıqlar aparılıb ki...

3-05-2023, 08:42           
Türkiyə Rusiya nəhəngi ilə ANLAŞDI:
Türkiyə hakimiyyəti ilə “Qazprom” arasında aparılan danışıqlar nəticəsində qiymətlərin kəskin artması səbəbindən tədarük olunan qazın ödənişlərinin müvəqqəti olaraq təxirə salınması barədə razılıq əldə olunub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.

2022-ci ildə Türkiyə Rusiyadan təbii qaz tədarükü üçün ödənişlərin bir hissəsini daha yüksək qiymətlərin iqtisadi təsirini azaltmaq üçün 2024-cü ilə qədər təxirə salmağı xahiş edib. Lakin o zaman razılığın əldə olunub-olunmayacağı bəlli deyildi.

Fatih Dönməz qeyd edib ki, ötən il Moskva ilə danışıqlar aparılıb və bu, sazişin bağlanmasına gətirib çıxarıb. O, həmçinin ticarət əlaqələrində də oxşar halların artıq baş verdiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru