Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında son günlərdə zərərsizləşdirirlən terrorçuların sayını açıqlayıb. Akar mayın 3-də Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi və terrorçuların məhv edildiyi əməliyyatdan danışarkən qeyd edib: "Həmin əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib. Beləliklə, son 10 gündə məhv edilən terrorçuların sayı 50-yə çatıb”.