Türkiyədə avtobus qəzası - 4 ölü, 20 yaralı

5-05-2023, 09:07           
Türkiyədə avtobus qəzası -
Türkiyənin Trabzon şəhərində sərnişin avtobusu qəza edib.

Türkiyə KİV xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Vali İsmail Ustaoğlu hadisə yerində jurnalistlərə açıqlamasında qəzanın Trabzon Böyükşəhər Bələdiyyəsinin kənd və məhəllələrə gedən avtobusunun aşması nəticəsində baş verdiyini bildirib:

“İndiyədək əldə etdiyimiz məlumata görə, xəstəxanadakı 4 vətəndaşımızın dünyasını dəyişdiyini öyrəndik. Yaralılarımız xəstəxanalara yerləşdirilib, yüngül olanlardan bəzilərinin hadisə yerində müalicəsi davam etdirilir. Hələlik 20 yaralı xəstəxanalara çatdırılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru