Təbriz təhlükə altında: gizli bazanın görüntüləri yayıldı

3-06-2023, 00:07           
Təbriz təhlükə altında: gizli bazanın görüntüləri yayıldı
İran hakimiyyəti güneyli soydaşlarımızın həyatını riskə atyır.
İran hakimiyyəti bir çox əməlləri ilə Güney Azərbaycan türklərinin də həyatını təhlükə altında
qoyur.
1980-1988-ci illərdə İraqdan atılan bombaların Təbrizdə məktəblərə və yaşayış yerlərinə
düşməsi nəticəsində baş verən faciə yaddaşlardan silinməyib. Səddam Hüseyn və Xomeyninin
hikkəsi ilə başlayan müharibə nəticəsində 3 milyondan çox insan ölüb. Onların çoxunun türk
olduğuna dair dəfələrlə məlumat yayılıb.
1990-cı illərdən sonra Tehran rejiminin həyata keçirməyə başladığı nüvə proqramı da Güneyə
Azərbaycan türklərinin həyatına və sağlamlığına mənfi təsir göstərməkdədir. Rəsmi olmayan
məlumatlara görə, İran hakimiyyəti radioaktiv maddələrin tullantılarını Ərdəbildə quyulara
doldurur.
Qeyd edək ki, İranın nüvə obyektlərindən biri də Güney Azərbaycanın Mərkəz əyalətinin Ərak
şəhərində yerləşir.
İran hakimiyyəti nüvə proqramları, raket bazaları və təhlükəli hərbi siyasəti ilə Güney Azərbaycan
türklərinin həyatını da təhdid edir.
Bir müddət əvvəl İsrail saytı Təbriz ətrafında Amand bəndi yaxınlığındakı hərbi bazanın peykdən
çəkilmiş görüntülərini yayıb. Videodan aydın şəkildə oranın raket bazası olduğu görünür.

İndi Təbrizin və əhalisinin necə bir təhlükə ilə üz-üzə qalacağını təsəvvür etmək elə də çətin
deyil. Müasir müharibə taktikasına görə, ilk növbədə bu tip hərbi obyektlər vurulur. Odur ki, İrana
qarşı ehtimal olunan hərbi əməliyyatlar nəticəsində bu raket bazasının da sıradan çıxarılması
istisna deyil. O zaman Təbrizin 2 milyon əhalisinin həyatı necə olar? Yaxud mümkün hərbi
əməliyyat zamanı raketlərdən biri şəhərə düşərsə, faciənin miqyası ölçüyəgəlməz dərəcədə
geniş ola bilər.
Bu kimi məsələlər bir daha sübut edir ki, Güney Azərbaycan türkləri də daxil olmaqla 84
milyonluq İran əhalisi Tehran rejiminin girovudur.
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.