Qazaxıstan Avropaya neft satışında Rusiyanı əvəz edir – Tokayev yeni planları açıqladı

3-06-2023, 19:04           
Qazaxıstan Avropaya neft satışında Rusiyanı əvəz edir –
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniyaya neft tədarükünün həcmini ildə 200 min tondan 1,2 milyon tona çatdırmağı təklif edib. Beləliklə, o, Avropa Birliyinin embarqosuna düşən Rusiya neftini əvəz etməyi təklif edir.

“AzPolitika.info” xəbər verir ki, Tokayev bu barədə Mərkəzi Asiya-Avropa İttifaqı sammitində bildirib.

2023-cü ilin beş ayında Qazaxıstan Almaniyada müharibədən əvvəl “Rosneft”ə məxsus olan “Schwedt” neft emalı zavoduna 90 min ton neft göndərib. Bu templə, ilin sonuna qədər Qazaxıstan Almaniyaya 200 min ton neft verə biləcək. Amma Tokayevin sözlərinə görə, Qazaxıstan tədarükü ən azı 6 dəfə artırmağa hazırdır.

"Bu rəqəmi ildə 1,2 milyon tona çatdırmaq potensialı var və gələcəkdə ona çatmaq mümkündür", - Qazaxıstan Prezidenti bildirib.

Qazaxıstan 2023-cü ildə Avropa İttifaqına neft tədarükünü artırıb. Milli Statistika Bürosunun məlumatına görə, birinci rübdə Qazaxıstan Aİ-yə istehsal etdiyi neftin 71 faizini ixrac edib.

Qazaxıstan neftini Almaniyadan başqa, İtaliya da fəal şəkildə alır. Müharibədən əvvəl tədarükü “Lokoil” şirkəti həyata keçirirdi. Qazaxıstan neftinin İtaliyaya tədarükü birinci rübdə ümumi ixracın 38%-nə qədər artıb, keçən il bu pay 28% təşkil edib. Qazaxıstan neftinin Fransaya ixracının payı 5%-dən 7%-ə, Rumıniyaya isə 4%-dən 7%-ə yüksəlib.

“Vedomosti”nin 2023-cü ilin yanvarında yazıb ki, 2022-ci ildə Almaniya Rusiyadan 1 milyon ton neft alıb. Əgər Qazaxıstan planlaşdırılan plana uyğun olaraq tədarükləri artırarsa, o, Rusiyanı tamamilə əvəz edə bilər.

Bununla belə, Qazaxıstan nefti Almaniyaya Rusiyadan – “Drujba” kəməri ilə daxil olur.Tədarükü artırmaq üçün Qazaxıstana Rusiya Energetika Nazirliyindən icazə lazımdır, bu icazə indiyədək yalnız şifahi şəkildə alınıb.

2023-cü ilin yanvar-aprel aylarında Rusiya büdcəsinin neft və qaz gəlirləri illik müqayisədə 52% azalaraq sürətli enişini davam etdirib. Eyni dövrdə büdcə kəsiri martdan aprelə qədər bir trilyon rubl artaraq 2,4 trilyon rubldan 3,4 trilyon rubla yüksəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.